"Sumqayıt" – "Səbail" qarşılaşmasına bilet satışı başlayıb. Sumqayıt24 bu haqda 6 may tarixində xəbər verir.
2, 3, 5 və 10 manatlıq biletlər iTicket.az və 1 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzində satılır.
Azarkeşlər "Kapital Bank"ın Birbank Cashback Mastercard kartları ilə iTicket.az saytından onlayn bilet aldıqda 30% keşbek əldə edəcəklər.
Xatırladaq ki, matç 12 may saat 19:30-da Mehdi Hüseynzadə adına stadionda keçiriləcək.