Sumqayıtda sərbəst güləş üzrə 2010-2011-ci il təvəllüdlü yeniyetmələr (U-15) arasında şəhər birinciliyi keçirilib.
Sumqayit24.az xəbər verir ki, "2 Fevral - Azərbaycan Gəncləri Günü"nə həsr olunmuş yarış “Alüminumçu” İdman Evində baş tutub. Qalib və mükafatçılar diplom və medalla təltif olunub.
Qeyd edək ki, idman tədbiri Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşıb.