“Sumqayıt” futbol klubu braziliyalı oyunçu ilə maraqlanır. Bu haqda 6 iyul tarixində Sumqayıt24 Report-a istinadən məlumat verir.
Portuqaliyanın "Torreense" klubunun futbolçusu Dieqo Raposo karyerasını “Sumqayıt”da davam etdirə bilər.
"Gənclik şəhəri" təmsilçisinin 27 yaşlı vingerlə danışıqlar apardığı bildirilir. Yaxın günlərdə tərəflər arasında anlaşmanın əldə oluna biləcəyi qeyd edilib.
Futbolçu Portuqaliya təmsilçisinin heyətində 32 oyuna çıxıb, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.