“Sumqayıt” futbol klubu “Neftçi”nin qonağı olub.
Sumqayit24.az xəbər verir ki, komandalar Premyer Liqanın 8-ci turu çərçivəsində “Neftçi Arena” stadionunda qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə bitib.
Qeyd edək ki, “Sumqayıt”ın qolunu Cordan Rezabala, rəqib komandanın isə Yuri Matias vurub.