top
Sumqayıt - çempionlar şəhəri
31 iyul 2024, 06:37
- +

Sumqayıt - çempionlar şəhəri

Sumqayıt uğurlu idmançıları ilə tanınır. Bu barədə 31 iyul tarixində Sumqayıt24 xəbər verir.

Şəhərimizdə əksər valideynlər övladlarını kiçik yaşlarından idmana yazdırırlar. Məqsəd onları güclü, uğurlu və sağlam ruhda böyütməkdir. Sumqayıtın karate, cüdo, güləş, boks, sambo və  şahmat məktəblərinin yetirmələri dünyaya saysız-hesabsız nailiyyətləri ilə səs salıblar.

“Gənclik şəhəri”nin tanınmış idmançıları barədə məlumatlar:

“Qara brilyant”

Rafael Ağayev karate üzrə 5 qat dünya çempionudur. O, həmçinin olimpiada ikincisi və 11 dəfə Avropa birincisi də olub. “Qara brilyant” nailiyyətlərinə görə, 54 ilin ən yaxşı karateçisi seçilib və Ginnesin Rekordlar Kitabına düşüb.

Rəcəblilər ailəsi

Onlar ölkəmizi beynəlxalq arenada sambo və cüdo üzrə layiqincə təmsil edirlər.

“Şöhrət” ordenli və “Tərəqqi” medallı Əhməddin Rəcəbli həm tanınmış idmançı, həm də Əməkdar məşqçidir. Əhməddinin kiçik qardaşlarından Fərhad Rəcəbli də gənclik illərindən çox sayda mükafatlar qazanıb. 64 yaşlı veteran idmançı 11 qat dünya və 10 qat Avropa çempionudur. Həmçinin Məmməd və mərhum Əhəd Rəcəblilər də sambo və cüdo üzrə Azərbaycan birincisi olublar.

Əhməddin Rəcəblinin oğlu Elxan Dünya kuboku və Hərbçilər arasında dünya çempionatının qızıl mükafatçısıdır. Onun digər övladı Zaur Rəcəbli isə Əməkdar məşqçidir.

Hazırda məşhur ailənin gənc üzvü Ömər Rəcəbli böyüklərinin uğurlu yolu ilə gedir.

İlham Zəkiyev

Azərbaycan paracüdoçusu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu, səkkizqat Avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ müharibəsi əlili və qazisi.

Zəkiyev "Şöhrət" ordeni (2 dəfə) və "Tərəqqi" medalı ilə mükafatlandırılıb. Paralimpiya Oyunlarında dəfələrlə Azərbaycanın bayraqdarı olub.

O, 1999-cu ildə cəbhə bölgəsində snayperlə başından vurulub. Bundan sonra görmə qabiliyyətini itirmiş və cüdo ilə ciddi məşğul olmağa başlamışdır.

“Pəhləvanlar”ımız

Sumqayıtın güləş məktəbi yetərincə çempionlar yetişdirib. Onların arasında İslam Abbasov, Murad Məmmədov və Ülvü Qənizadəni xüsusilə qeyd etmək olar. Pəhləvənlarımız yerli və beynəlxalq yarışlarda çoxlu qələbələr qazanıblar.

Elvin Məmişzadə

Azərbaycanı təmsil edən boksçu 2015-ci il Dünya Çempionatının və Avropa Oyunlarının qızıl medalçısıdır. Prezident İlham Əliyev Elvini "Şöhrət" ordeninə layiq görüb.

Beynəlxalq qrosmeysterlər

Məmmədyarovlar ailəsi şahmat dünyasına üç qrosmeyster bəxş edib. Şəhriyar Məmmədyarov, bacıları Zeynəb və Türkan həm şəxsi, həm də millinin heyətində gözəçarpan nailiyyətlərə sahibləniblər.

Sumqayıtlı Vasif Durarbəyli də çox sayda turnirlər qazanıb. O, hazırda ABŞ-də yaşayır və təzəlikcə orada çempionluğa sevinib.

Onu da qeyd edək ki, illər keçdikcə şəhərimizdə uşaq, gənc və xanım idmançıların sayı sürətlə artır.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
Dünən, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
Dünən, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
Dünən, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Bütün xəbərlər
Dünən, 16:34

Sumqayıtda uşaqları ilk qəbul edən məktəb hansıdır? - SUMQAYİT24.AZ-ın ARAŞDIRMASI

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda yaşayış binasını həşərat basıb

İdman
Dünən, 15:23

Sumqayıtlı çempion azarkeşlərlə görüşüb, avtoqraflar paylayıb

Bütün xəbərlər
Dünən, 14:50

Sumqayıtda sabah hava dumanlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:20

Sumqayıtda tullantı məntəqələri yarım milyon manata abadlaşdırılacaq

Bütün xəbərlər
Dünən, 13:50

SDU-nun rektoru tələbələrə: "AI-nin hər dediyinə inanmayın"

Bütün xəbərlər
Dünən, 13:20

Sumqayıtda lövhə qəzaya səbəb ola bilər - VİDEO

Bütün xəbərlər
Dünən, 12:45

Sumqayıtda gecə kabusu: "İydən boğulurduq"

İdman
Dünən, 12:05

"Sumqayıt" - "Şamaxı" matçını bu sayda azarkeş izləyib

Bütün xəbərlər
Dünən, 11:35

Sumqayıtda 2026–2027-ci tədris ili start götürdü - RƏQƏMLƏR

Bütün xəbərlər
Dünən, 11:05

Pakistanlı ata-oğulu öldürmək istəyən şrilankalılar Sumqayıt məhkəməsinin hökmündən narazıdırlar

Bütün xəbərlər
Dünən, 10:35

Sumqayıtda şəhid jurnalistin oğlu üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Dünən, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
14 sentyabr 2026, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
14 sentyabr 2026, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
14 sentyabr 2026, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
14 sentyabr 2026, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Oxşar xəbərlər