Sumqayıt idmançısı fəxri ada layiq görülüb. Sumqayıt24 bu haqda 7 iyun tarixində Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Gənclər və idman naziri Fərid Qayıbov ötən ay qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüşüb.
Görüşdə cüdo yığmasının üzvü, Sumqayıt idmançısı Amin İsmayılov “Azərbaycan Respublikasının İdman ustası” dərəcəsini alıb.