“Sumqayıt” futbol klubu “Qəbələ” FK-nı qəbul etməyə hazırlaşır. Bu haqda 19 aprel tarixində Sumqayıt24 kluba istinadən xəbər verir.
Misli Premyer Liqasının 31-ci tur qarşılaşması aprelin 23-ü “Kapital Bank Arena” stadionunda təşkil olunacaq. Matçın start fiti saat 18:00-da səslənəcək. Oyun CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.