“Sumqayıt” futbol klubu növbəti oyununa hazırlaşır. Bu haqda 4 aprel tarixində Sumqayıt24 xəbər verir.
Misli Premyer Liqasının 29-cu turu çərçivəsində təmsilçimiz doğma meydanında “Neftçi” PFK-nı qəbul edəcək. “Kapital Bank Arena” stadionunda keçiriləcək qarşılaşma aprelin 8-i saat 20:00-da baş tutacaq. Matç “CBC Sport” kanalında canlı yayımlanacaq.