“Sumqayıt” futbol klubu Almaniyanın IV liqa komandasına uduzub. Bu haqda klubumuzun rəsmi İnstagram səhifəsində məlumat verilib.
Türkiyənin Antalya şəhərində baş tutmuş yoxlama oyununda “Sumqayıt”ımız "Berliner AK" klubu ilə qarşılaşıb. Bu matç, təmsilçimizin 2:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Qollarımızı Tellur Mütəllimov (36-cı dəqiqə) və Murad Xaçayev (77-ci dəqiqə) vurublar.
Qeyd edək ki, klubumuz ilk yoxlama oyununda Polşa "Yagelloniya"sı ilə qolsuz bərabərə qalmışdır.