“Sumqayıt” FK Azərbaycan Premyer Liqasının 3-cü dövrəsinə Türkiyədə hazırlaşacaq. Bu haqda məlumat bu gün, 2 yanvar tarixində futbol klubunun rəsmi Facebook səhifəsində paylaşılıb.
Hazırlıq mərhələsinə 5 yanvar tarixində Sumqayıt şəhərində start veriləcək. Daha sonra klub yanvarın 12-dən 23-dək Lara bölgəsindəki “Aska Resort” otelində yerləşdiriləcək.
Klubumuz Premyer liqaya hazırlıq üçün 3 əcnəbi klub ilə hazırlıq matçları keçirəcək.