“Sumqayıt” futbol klubunun prezidenti cari mövsümdə komandanın önünə qoyulan hədəflərdən danışdı.
Riad Rəfiyev "CBC Sport"a açıqlamasında mövsümü yüksək pillələrdə bitirmək üçün mümkün olan hər şeyi edəcəklərini bildirib: “Yeni məşqçi Aleksey Baqa turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan komandanı qəbul edib və ən yuxarı yerlər uğrunda oynadığımızı desəm, düzgün olmaz”, - deyə o qeyd edib.
Həmçinin, Rəfiyevin sözlərinə görə şəhərimizi təmsil edən klub, kubok uğrunda maksimum nəticə qazanmağa çalışacaq.