"Sumqayıt" Futbol Akademiyasında “İstedad Proqramı” layihəsi uğurla davam edir. Bu haqda 11 aprel tarixində Sumqayıt24 adıçəkilən akademiyaya istinadən xəbər verir.
Bu həftə proqram iştirakçılarına şahmat dərsləri keçirilib. Dərslərin keçirilməsində məqsəd futbolla şahmatın vəhdətini təşkil etməklə yanaşı, gənc futbolçuların taktiki düşüncələrini inkişaf etdirməyə zəmin yaratmaqdır.
Layihə 4 modul üzrə mövsümün sonuna qədər keçiriləcək.