"Sumqayıt" futbol klubunun hazırlıq planı bəlli olub. Sumqayıt24 bu haqda 17 iyun tarixində Report.az-a istinadən xəbər verir.
Komandanın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun sözlərinə görə, "gənclik şəhəri" təmsilçisi iyunun 27-dən iyul ayının ortasınadək doğma şəhərdə hazırlıq keçəcək. Daha sonra komanda toplanışın 2-ci mərhələsi üçün Türkiyəyə yollanacaq.
Bolu şəhərində keçiriləcək 2 həftəlik təlimlərdə 3 yoxlama oyunu nəzərdə tutulub. Lakin rəqiblərin adları hələ ki bilinmir.