“Sumqayıt” klubu növbəti futbolçu keçidini reallaşdırıb. Sumqayıt24 bu haqda 21 iyun tarixində xəbər verir.
Komandamız son olaraq, “Qəbələ”də çıxış etmiş Rövlan Muradovla 2 illik müqavilə imzalayıb. O, peşəkar karyerası ərzində klublar arasında yalnız “Qəbələ”nin uğurları üçün çalışıb. Yarımmüdafiəçi U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.