“Sumqayıt” FK-nın yeni baş məşqçisinin kimliyi yaxın zamanlarda bəlli olacaq. Bu haqda Sportinfo.az bu gün, 25 dekabr tarixində məlumat yayıb.
Məlumata əsasən, klubumuz artıq belaruslu mütəxəssislə anlaşıb və məşqçi artıq Azərbaycana səfər edib. Onunla bağlanacaq müqavilənin müddəti 1 il 6 ay olacağı gözlənilir.
Razılaşmaya əsasən, yeni məşqçidən cari mövsümdə ciddi nəticə gözlənilmir. Lakin ondan, gənc oyunçulara üstünlük vermək, liqada orta sıralardan birini tutmaq və kubok uğrunda yüksək mübarizə aparmaq tələb olunacaq.