“Sumqayıt” klubunun məşqində Vətən müharibəsi şəhidləri anılıb
Sumqayit24.az xəbər verir ki, Misli Premyer Liqasının 8-ci turu çərçivəsində səfərdə “Neftçi” ilə qarşılaşacaq “Sumqayıt” hazırlıqlarını davam etdirir. “Kapital Bank Arena”da baş tutan məşqdən öncə baş məşqçi Samir Abasov futbolçulara 27 sentyabr – Anım günü və Vətən müharibəsindən danışıb. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi hörmətlə yad edilib