“Sumqayıt” futbol klubu “Şamaxı”nı məğlub edib. Bu barədə Sumqayıt24 xəbər verir.
Matç “Kapital Bank Arena” stadionunda Premyer Liqanın 22-ci turu çərçivəsində keçirilib. Oyunda yeganə qolu “kimyaçılar”ın yeni transferi Karim Abubakar (24’) vurub.
Qeyd edək ki, komandamız hazırda 18 xalla 7-ci pillədədir.