Bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatına start verilib. Bu haqda 24 mart tarixində Sumqayıt24 Modern.az-a istinadən xəbər verir.
Çempionat Milli Gimnastika Arenasında keçirilir. Yarışda Sumqayıt gimnastları ilə yanaşı, “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Grasiya” idman klubu, Gəncə-Naftalan üzrə ümumilikdə 53 idmançı gücünü sınayacaq.
Birinciliyə martın 25-də yekun vurulacaq.