Sumqayıt idmançısı Əli Şükürlü beynəlxalq turnirdə uğur qazanıb.
Sumqayit24.az xəbər verir ki, Polşanın Raşin şəhərində ağırlıqqaldırma üzrə 23 yaşadək atletlər arasında Avropa birinciliyi keçirilib. Milli komandanın tərkibində çıxış edən Əli Şükürlü (109 kq) birdən qaldırma hərəkətində 173 kq nəticə göstərərək gümüş, təkanla qaldırma hərəkətində 201 kq ağırlığı başı üzərinə qaldıraraq bürünc və 2 hərəkətin cəminə görə 374 kq nəticəyə imza ataraq fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
İdmançıların məşqçisi Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ağalar Muxtarovdur.