"Sumqayıt" klubu ilk yoxlama oyununu keçirib. Bu haqda 8 iyul tarixində Sumqayıt24 xəbər verir.
“Kimyaçılar” Rusiya Premyer Liqası təmsilçisi "Orenburq"la qarşılaşıb. Türkiyənin Ankara şəhərində təşkil olunan qarşılaşmada rəqib komandanın 2:1 hesablı qələbəsi qeydə alınıb.
Komandamızın yeganə qoluna ilk hissədə Nihad Əhmədzadə imza atıb.