AFFA Hakimlər Komitəsinin sədri mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Sumqayit24.az xəbər verir ki, Rəhim Həsənov Misli Premyer Liqasının 14-cü turunda keçirilən "Sumqayıt" - "İmişli" oyununa da toxunub. O, matçın baş hakimi Əliyar Ağayevin ev sahiblərinin qapısına penalti təyin etməklə səhv qərar qəbul etdiyini vurğulayıb.
Qeyd edək ki, həmin penalti qolla nəticələnməyib və qarşılaşma "Sumqayıt"ın minimal hesablı qələbəsi ilə yekunlaşıb.