“Sumqayıt”ın futbolçusu cəza alıb. Sumqayıt24 bu haqda 4 aprel tarixində AFFA-ya istinadən xəbər verir.
AFFA İntizam Komitəsi bir sıra qərarlar qəbul ediblər. Bundan biri yarımmüdafiəçi Vüqar Mustafayevin 2 oyunluq diskvalifikasiyası ilə bağlı olub.
Diskvalifikasiyanın səbəbi Mustafayevin “Turan Tovuz”la oyunda qırmızı vərəqə almasıdır. “Kimyaçılar” buna görə 1600 manat cərimələniblər.