“Sumqayıt” klubu qapıçı transfer edib. Sumqayıt24 bu haqda 7 iyun tarixində xəbər verir.
Mehdi Cənnətovdan sonra komandamız son mövsümü “Kəpəz”də keçirmiş Orxan Sadıqlı ilə 2 illik anlaşma imzalayıb.
Qeyd edək ki, Orxan Sadıqlı 2018/19 mövsümündə “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” və “Zirə”nin də uğurları üçün çalışıb.