Premyer Liqanın 2022/2023 mövsümündə “Sumqayıt”ın hissələr üzrə göstəriciləri açıqlanıb. Sumqayıt24 bu haqda 17 yanvar tarixində Report.az-a istinadən xəbər verir.
Geridə qalan 18 turdan sonra klubumuz 9-cu yerdədir. İlk 45 dəqiqələrə əsasən, “kimyaçılar” 2 qalibiyyət, 9 heç-heçə, 7 məğlubiyyətlik nəticə göstəriblər. Top fərqi isə 4-12-yə bərabərdir.
İkinci hissələri isə “Sumqayıt” daha pis keçirib. Komandamız 2 qələbə qazansa da, 9 dəfə məğlub olub. Heç-heçələrin sayı 7, vurulan qolların balansı isə 6-18-dir.