“Sumqayıt” maliyyə problemləri yaşayır. Sumqayıt24 bu haqda 7 iyun tarixində Football-plus.az-a istinadən xəbər verir.
Elitadakı yerini qoruyan futbol klubunda iki aydır ki, maaş verilmir. Məlumata görə, FİF-in ödəməli olduğu vəsait gecikdiyndən aprel və mayın məvacibi ilə yanaşı, “Kəpəz”lə oyuna görə vəd olunan mükafat da futbolçulara verilmir.
Maaşlarla yanaşı, klubun kommunal xərcləri də ödəməyə imkanı yoxdur. İşıq, qaz və suya olan borca görə aidiyyəti idarələr “Sumqayıt”a son xəbərdarlığını edib.