Sumqayıtlı iki məktəbli MMA (qarışıq döyüş növləri) idman növü üzrə çempion olublar. Bu haqda 31 nömrəli tam orta məktəbin Facebook səhifəsinə istinadən yazırıq.
Belə ki, həmin məktəbin 8-ci sinif şagirdi olan Kənan İbrahimov sözügedən idman növü üzrə Respublika birincisi olub.
Digər yeniyetmə idmançımız Vilayət Zeynalov isə helikopter qəzası zamanı şəhid olmuş Kapitan Ceyhun Əhmədxanovun xatirəsinə həsr olunmuş yarışın qalibi olub. Qeyd edək ki, yarış “Uğur” döyüş klubu tərəfindən təşkil olunmuşdur.
Hər iki idmançı qızıl medal və diplomla təltif olunub.