Futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Sumqayıt24 xəbər verir ki, Mehdi Hüseynzadə adına şəhər stadionunda baş tutan turun son görüşündə “Sumqayıt” “Zirə”ni qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" "Turan Tovuz"u 2:1, "Sabah" isə "Səbail"i 4:2 hesabı ilə məğlub edib.