"Sumqayıt" - "Qarabağ" qarşılaşmasının biletləri satışa çıxarılıb.
Sumqayit24.az xəbər verir ki, Biletləri iTicket.az saytından, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzindən, oyundan bir gün öncə saat 14:00-19:00 arası, oyun günü isə saat 12:00-dan etibarən Mehdi Hüseynzadə adına stadionun kassasından əldə edə bilərsiniz. Qiymətlər sektorlardan asılı olaraq 2, 3, 5 və 10 manatdır.
iTicket.az saytından Birbank Cashback Mastercard kartları ilə alınmış biletlərə 30% keşbek tətbiq ediləcək.
Qeyd edək ki, matç Misli Premyer Liqasının 9-cu turu çərçivəsində 6 oktyabr saat 20:00-da keçiriləcək.