“Sumqayıt” futbol klubu cəzalandırılıb.
Sumqayit24.az xəbər verir ki, AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 30-cu turunda baş verənləri incələyib. Qərarlardan birinə görə, "Kimyaçılar" evdə "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları görüşdə qonaq komandanın fotoqrafının zonalar üzrə qaydanı pozduğu üçün 500 manat ziyana düşüb.