Yeniyetmə voleybolçularımız Azərbaycan birinciliyində iştirak ediblər. Bu haqda 29 aprel tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
16 yaşadək oğlan və qızlar arasında Azərbaycan birinciliyi Voleybol Mərkəzində keçirilib. Sumqayıt Regional Voleybol klubunun oğlanlardan və qızlardan ibarət komandası uğurlu çıxış edərək bürünc medal qazanıb.