Sumqayıtlı məktəblilər şahmat üzrə respublika birinciliyində ilk üçlükdə qərarlaşıblar. Bu haqda Sumqayıt Təhsil Şöbəsi məlumat yayıb.
Məlumata əsasən, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi Orman Atilla I yerə, 31 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Mirzəliyeva Fatimə II yerə layiq görülüblər. Məktəblilər diplom və medal ilə təltif olunublar.
“Təhsil” Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən yarış Heydər Əliyevin anım gününə həsr olunmuşdur.