Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda veloyürüş keçirilib. Sumqayıt24 bu haqda 3 may tarixində xəbər verir.
Tədbir Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsi və Respublika Olimpiya Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbi tərəfindən təşkil olunub.
Veloyürüşün məqsədi idmana və sağlam həyat tərzinə xüsusi önəm vermiş ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad etmək və sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaqdır.