“Sumqayıt” yoldaşlıq oyunu keçirəcək.
Sumqayıt24 xəbər verir ki, Milli komandaların oyunları ilə əlaqədar çempionatda fasilə yaranıb. Fürsətdən istifadə edən futbol klubumuz sentyabrın 7-də “Araz-Naxçıvan”a qarşı gücünü sınayacaq.
Matçın məkan və başlama saatı barədə məlumat veriləcək.