Azərbaycan - Estoniya matçına biletlər satışa çıxarılıb. Sumqayıt24 bu barədə 17 may tarixində xəbər verir.
Futbol komandaları 17 iyun saat 20:00-da “Dalğa Arena” stadionunda Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində qarşılaşacaq.
Biletləri Sumqayıt regional "ASAN Xidmət" mərkəzindən də əldə etmək olar. Qiymətlər 2-10 manat aralığında dəyişir, 1 şəxsiyyət vəsiqəsi ilə 10 bilet almaq mümkündür.