Sumqayıt şahmat məktəbində yarışlar keçiriləcək.
Sumqayıt24 xəbər verir ki, 6 sentyabr saat 10:30-da şahmat həlletməsi, 7 sentyabr saat 10:30-da isə blits üzrə (3+2) çempionat təşkil olunacaq. İştirak üçün qeydiyyatdan keçmək lazımdır (yerlər məhduddur). Ödəniş tələb olunmur.
Yarışlara 1-2-ci dərəcəli Sumqayıt şahmatçıları buraxılacaqlar. Əlaqə nömrəsi: (050) 515-40-99 (WhatsApp).