Sumqayıtdakı stadionda təmir işləri başlanıb.
Söhbət “Sumqayıt” futbol klubunun uzun illər ev oyunlarını keçirdiyi "Polimer Socar Arena"dan gedir. Sumqayit24.az xəbər verir ki, Mehdi Hüseynzadə adına stadion yenidən qurulandan sonra komanda ora köçüb, hazırkı stadiondan isə məşq xarakterli istifadə etməyə başlayıb.
Qeyd edək ki, təmir sırf qazonla bağlı aparılır, köhnə ot örtüyü yenisi ilə əvəzlənəcək.