Sumqayıtda triatlon idman növü üzrə açıq şəhər birinciliyi keçirilib.
Sumqayit24.az xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş yarış 2006–2007, 2008–2009, 2010, 2011, 2012, 2013, 2014 və 2015–2016-cı il təvəllüdlü oğlan və qızlar arasında Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda baş tutub.
Qaliblər və mükafatçılar diplom və medallarla təltif olunublar.