“Sumqayıt” klubu növbəti matçı səfərdə keçirəcək. Sumqayıt24 bu haqda 13 may tarixində xəbər verir.
Futbol üzrə Premyer Liqanın 35-ci turunda komandamız “Sabah”ın qonağı olacaq. Qarşılaşma 18 may saat 17:00-da “Bank Respublika Arena” stadionunda baş tutacaq.
Qeyd edək ki, 34 turdan sonra “Sumqayıt” 54 xalla ikinci, 52 xalı olan rəqib isə beşinci pillədədir. Klubumuzun ən yaxın izləyicisi “Neftçi”dir (53 xal).