Sumqayıtda “İdman hamı üçün” layihəsi çərçivəsində futbol üzrə ustad dərsləri keçirilib. Bu haqda 10 iyul tarixində Sumqayıt24 Abşeron–Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Şəhərin 75 illik yubileyinə həsr edilmiş idman tədbiri “Kapital Bank Arena”nın süni örtüklü meydançasında baş tutub. Tədbirin təşkilində məqsəd şəhərdə futbol idman növünü təbliğ etmək, uşaq və yeniyetmələr arasında idmanın kütləviliyinə nail olmaq və sağlam həyat tərzinə istiqamətləndirməkdir.