“Sumqayıt”ın heyətində cəmi 3 futbolçu əvəzedilməz olub.
Sumqayit24.az xəbər verir ki, Mehdi Cənnətov (qapıçı), Elvin Bədəlov (müdafiəçi) və Murad Xaçayev (müdafiəçi) Misli Premyer Liqasının ilk dövrəsində bütün oyunlara çıxıblar. Onlar əvəzlənmədən meydanda 810 dəqiqə mübarizə aparıblar.