"Sumqayıt" FK-nın futbolçuları yığma komandaya cəlb olunublar. Sumqayıt24 bu barədə 27 yanvar tarixində kluba istinadən xəbər verir.
“Gənclik şəhəri”nin 3 idmançısı - Nihad Əhmədzadə, Xəyal Fərzullayev və Ayxan Qocayev U-19 futbolçulardan ibarət milli komandanın təlim-məşq toplanışına dəvət alıblar. Toplanış 3-12 fevral tarixlərində keçiriləcək.