“Sumqayıt” klubu qapıçılar üzrə məşqçisi ilə vidalaşıb. Sumqayıt24 bu haqda 31 may tarixində xəbər verir.
“Gənclik şəhəri” təmsilçisi sosial şəbəkədə paylaşım edərək Emil Babayevin komandadan ayrıldığını bildirib, ona göstərdiyi xidmətlərə görə təşəkkür edib və uğurlar arzulayıb.
Qeyd edək ki, rəhbərlik müqavilə müddəti bitən 42 yaşlı mütəxəssislə yeni sözləşmə imzalamamaq qərarına gəlib.