“Sumqayıt” klubunun futbolçusu “Sabah”la oyunu buraxacaq.
Sumqayit24.az xəbər verir ki, Premyer Liqanın 20-ci turu bir neçə futbolçu üçün tamaşa meydanı olacaq. Onların arasında Murad Xaçayev da var.
“Sumqayıt”ın aparıcı oyunçularından olan mərkəz müdafiəçisi cəzalı durumdadır. O, matçı kənardan izləməli olacaq.
Qeyd edək ki, qarşılaşma bu gün saat 18:30-da “Bank Respublika Arena” stadionunda başlayacaq.