"Sabah" - "Sumqayıt" oyununa təyinatlar baş tutub.
Sumqayıt24 xəbər verir ki, Premyer Liqanın 4-cü turunun bu matçı Elçin Məsiyevə tapşırılıb. Köməkçi hakimlər Elşad Abdullayev və Pərvin Talıbov, dördüncü hakim isə Kamran Əliyev olacaqlar.
Qeyd edək ki, qarşılaşma 25 avqust saat 18:15-də Bank Respublika Arenada keçiriləcək.