"Şamaxı" - "Sumqayıt" qarşılaşmasının hakim təyinatları açıqlanıb.
Sumqayıt24 xəbər verir ki, Premyer Liqanın 6-cı turunun bu matçı Rəşad Əhmədova tapşırılıb. Həmçinin Vüsal Məmmədov və Zöhrab Abbasov köməkçi, Əli Əliyev isə dördüncü hakimlər təyin ediliblər.
Qeyd edək ki, oyun 14 sentyabr saat 16:30-da Şamaxı şəhər stadionunda keçiriləcək. Oyunu “CBC Sport” telekanalından canlı izləyə biləcəksiniz.