“Sumqayıt” klubunun zədəli müdafiəçisi İsa Suliman artıq məşqlərə başlayıb.
Bu barədə futbolinfo.az-a komandanın mətbuat katibi Zaur Xudiyev məlumat verib. O bildirib ki, pakistanlı futbolçu fərdi məşqlər edir:
“Daha çox fitnesdə gücləndirmə məşqləri edir. Zədəsi sağalıb, ağrıları yoxdur. Əzələlərini gücləndirməlidir. Daha sonra komanda ilə məşqlərə başlayacaq. Mövsüm onun üçün bitib, amma yavaş-yavaş düzəlir”.
Qeyd edək ki, İsa Suliman yay fasiləsində Türkiyədəki təlim-məşq toplanışında zədələnib.