“Sumqayıt” - “Qarabağ” matçı mövsümün ən çox maraq yaradan qarşılaşmalarından olub.
Sumqayit24.az xəbər verir ki, bu oyun Premyer Liqanın 9-cu turuna təsadüf edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 7000 tamaşacı canlı izləyib. Sözügedən qarşılaşma seyrçi sayına görə mövsümdə 4-cü yerdədir.