Sumqayıtlı cüdoçular milli yığmamızın tərkibində beynəlxalq təlim-məşq toplanışında iştirak edəcəklər. Bu haqda AZƏRTAC məlumat yayıb.
Məlumata əsasən, təlimlər Antalyada keçiriləcək. Təlim-məşq 8 yanvardan 15 yanvaradək davam edəcək.
Daha öncə, millimizin hazırlığı Göygöl Olimpiya İdman Kompleksində keçib. Məşqdə Bakı, Gəncə və Qəbələdən yaşı 18-dən 31-dək olan cüdoçular iştirak etmişdirlər.