Sumqayıtlı taekvondoçular Türkiyədə beynəlxalq yarışa qatılırlar. Bu barədə 3 fevral tarixində Sumqayıt Olimpiya İdman Kompleksi xəbər yayıb.
Milli komandamız 4-9 fevral tarixlərində İstanbulda “Prezident kuboku” üzrə mübarizə aparacaq. Sumqayıt Olimpiya İdman Kompleksinin yetirmələri, taekvondo məşqçisi Vurğun Cəfərovun tələbələri və yığmanın heyətində yer alan idmançılarımız - Ruslan Seyidov (58 kq), Xanoğlan Kərimov (63 kq) artıq bu gün yola düşürlər.
Qeyd edək ki, idmançılarımız G-2 kateqoriyalı yarışda 4-5 fevral tarixlərində çıxış edəcəklər.