Sumqayıtlı yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medala sahib olub. Bu haqda 24 aprel tarixində Sumqayıt24 Güləş Federasiyasına istinadən xəbər verir.
Yarış Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilib. İdmançımız Ülvü Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemlə üz-üzə gəlib. Görüş 7:7 hesabı ilə başa çatıb, lakin xalların keyfiyyətinə görə təmsilçimiz qələbə qazanıb.
Ümumilikdə Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, 14 medal qazanıblar.